İspaniya Kral Kubokunun 5-ci turuna vəsiqə qazanan 16 komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, artıq növbəti mərhələdə hansı komandaların qarşılaşacağı müəyyənləşib.
Madrid "Real"ı bu mərhələdə "Osasuna"nı, "Atletiko"su "Valensiya"nı, "Barselona" isə "Xetafe"ni sınağa çəkəcək.
5-ci turun ilk oyunları yanvarın 8-də, cavab matçları 15-də baş tutacaq.
Real - Osasuna
Barselona - Xetafe
Valensiya - Atletiko
Real Sosyedad - Vilyarreal
Rayo Vallekano - Levante
Betis - Atletik
Alkorcon - Espanyol
Almeriya - Rasinq
Fanat.az