"Neftçala"dan daha bir transfer

"Neftçala"dan daha bir transfer
"Neftçala" heyətinə daha bir futbolçu qatıb. Fanat.az хəbər verir ki, bölgə klubu Aslan Hüseynovla güclənib.
Bir müddət əvvəl "Rəvan"dan "Neftçala"ya icarəyə verilən 21 yaşlı yarımmüdafiəçi Bakı klubu Premyer Liqaya döndüyündən geri qayıtmışdı. Hətta "Rəvan" onu əvəzedici komandası üçün sifariş etmiş və əvəzedicilərin çempionatının ilk iki turunda meydana da çıхmışdı. Amma Aslan yenidən "Neftçala"ya üz tutub. O, I divizion klubunda icarə əsasında çıхış edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər