1-ci Liqa təmsilçisi "Mingəçevir" yeni legioner transfer etməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Zambiyadan olan Kennet Kalunqadır.
28 yaşlı Kalunqa əsasən vinger mövqeyində çıxış edir. O, ölkəsinin U-20 millisində çıxış edib.
Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.
Mirağa