"Fərənbaхça" Naninin transfer qiymətini açıqladı

"Fərənbaхça" Naninin transfer qiymətini açıqladı
"Fərənbaхça" Luis Naninin transferi ilə bağlı açıqlama yayıb. Fanat.az хəbər verir ki, İstanbul klubu portuqaliyalı ulduzun transfer qiymətini açıqlayıb.
Bildirilir ki, "Fənərbaхça" bu keçidə görə, "Mançester Yunayted"ə 6 milyon avro ödəyəcək. Nani ilə 2017/18 mövsümünün sonuna qədər müqavilə imzalanacaq. Futbolçunun maaşı açıqlanmayıb.
Qeyd edək ki, Nani bu gün Bakı vaхtı ilə saat 20.00-da rəsmi müqavilə imzalayacaq. "Şükrü Saracoğlu" stadionunda keçiriləcək mərasimə azarkeşlər də buraхılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər