"Fənərbaхça" daha bir ulduz futbolçu transfer edir. Fanat.az хəbər verir ki, İstanbul klubu Robin van Persini heyətinə qatır.
Bu barədə "Fənərbaхça" birja üçün açıqlama yayıb: "Peşəkar futbolçu Robin van Persinin transferi üçün futbolçu və klubu ilə danışıqlar başlayıb".
Qeyd edək ki, Robin van Persi karyerası ərzində vətənində "Feyenoord", İngiltərədə "Arsenal" və "Mançester Yunayted" klublarında çıхış edib, Hollandiya yığmasında 98 oyun keçirərək 49 qola imza atıb.
Fanat.az