"Fariz Məmmədovla Almaniyada da döyüşməyə hazıram"

"Fariz Məmmədovla Almaniyada da döyüşməyə hazıram"
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovu IBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə məğlub edən Matias Pelklə açıqlama verib. Fanat.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan görüşdən sonra alman boksçu iddialı danışıb:
"Azərbaycan çox qonaqpərvər ölkədi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Rəqibim cəld boksçu idi. Amma boksda güclü qalib gəlir. O da bu gün mən idim. Əgər Fariz revanş istəyirsə, onunla Almaniyada da döyüşməyə hazıram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər