"Biz mübarizə aparacağıq, amma..." - Vircil van Deyk gözləntilərini bölüşdü

"Biz mübarizə aparacağıq, amma..." - Vircil van Deyk gözləntilərini bölüşdü

Futbol üzrə Niderland millisinin mərkəz müdafiəçisi Vircil van Deyk qarşıdakı dünya çempionatı barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Liverpul"un kapitanı fikirlərini FİFA-nın saytına bölüşüb:

"Qətərdəki mundial ilk dünya çempionatım olduğu üçün nəsə xüsusi idi. Həmin vaxt bu turnirin nə dərəcədə populyar olduğunu gördüm. Hə, Çempionlar Liqasında oynamışam, amma dünya çempionatında ilk dəfə iştirak etmək fərqli duyğulara meydan verdi.

Bu dəfə təcrübəmiz sayəsində uğur qazanacağımıza ümid edirəm. Belə turnirlərdə hər şeyi yalnız ən yaxşı heyət həll etmir. Uğur üçün başqa amillər də vacibdir. Qısası, biz mübarizə aparacağıq, amma həm də zövq almaq lazımdır. Çünki dünya çempionatı zirvədir. Bunu həyəcanla gözləyirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər