"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

Portuqaliya nəhəngi əsas heyət oyunçusunu Səudiyyə Ərəbistanı klubuna buraxmaq fikrindən daşınıb.

Fanat.Az "CNN Portugal"a istinadən xəbər verir ki, "Benfika" "Əl İttihad"ın Leandro Barreiro üçün təqdim etdiyi rəsmi transfer təklifini geri çevirib.

Ərəblərin 14 milyon avro nəğd və 2 milyon avro bonuslar şəklindəki təklifi Lissabon təmsilçisi tərəfindən yetərsiz hesab edilib.

Yarımmüdafiəçinin hazırkı komandasında qalaraq mübarizəsini sürdürəcəyi bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər