Qətər "Barselona"ya yeni təkliflə müraciət edib. Fanat.az xəbər verir ki, neft ölkəsi Kataloniya klubunun ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun ad sponsporu olmaq istəyir.
Qətər rəhbərliyi arenanın "Qatar Camp Nou Stadium"u adlandırılmasını təklif edib. Özü də asiyalılar 30 illik müqavilə imzalamaq istəyir. Qətər "Nou Kamp"ın adının dəyişdirilməsi qarşılığında "Barsa"ya 350 milyon avro ödəməyə hazırdı.
"El Mundo" qəzetinin məlumatına görə, "Barselona" rəhbərliyi təklifə müsbət baxır. Qətər həm də Kataloniya klubunun rəsmi sponsorudu.
Fanat.az