"Barselona"nın yeni baş məşqçisi - RƏSMİ

"Barselona"nın yeni baş məşqçisi - RƏSMİ

"Barselona"nın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, komandanın keçmiş futbolçusu Luis Enrike baş məşqçi təyin olunub.

 

“Barselona” və Enrike arasında 2 illik müqavilə imzalanıb. Enrike cəmi 1 gün əvvəl baş məşqçisi olduğu “Selta” ilə vidalaşıb.

Qeyd edək ki, ötən mövsüm "Selta"nı çalışdıran Enrike "Barselona"nın B komandasına və "Roma"ya başçılıq edib. O, 1991-1996-cı illərdə "Real"da, 1996-2004-cü illərdə "Barselona"da çıxış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər