"Barselona" yayda baş məşqçisini dəyişəcək. Fanat.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, artıq Kataloniya klubuna kimin rəhbərlik edəcəyi də bəllidi.
İngilis jurnalist Qaham Hunterin əldə etdiyi məlumata görə, "Barselona"nın prezidenti Sandro Rossellin yayda Tito Vilanovanın yerinə keçən argentinalı Tata Martinonun işindən razı deyil. Bu səbəbdən klub rəhbəri Tatanı istefaya göndərəcək və dünya çempionatından sonra hazırda Braziliya millisini çalışdıran Luis Felipe Skolarini komandanın başına gətirəcək.
Qeyd edək ki, "Barsleona"nın sabiq baş məşqçisi Pep Qvardiola və klub haqqında kitabların müəllifi olan Hunter Kataloniya təmsilçisinə yaxınlığı ilə tanınır.
Onu da qeyd edək ki, Skolarinin Avropada hələlik ilk və son iş yeri "Çelsi" olub. Braziliyalı mütəxəssis 2008/09 mövsümündə London klubuna başçılıq edib.
Fanat.az