"Barselona"nın vingeri digər Avropa nəhənginə keçə bilər

"Barselona"nın vingeri digər Avropa nəhənginə keçə bilər

"Barselona"nın futbolçusu Fermin Lopes karyerasını digər Avropa nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Məlumata görə, mərkəz yarımmüdafiəçisi və vinger mövqeyində oynamağı bacaran 23 yaşlı oyunçunun xidmətində PSJ maraqlıdır. Mənbə UEFA Çempionlar Liqasının son qalibinin yay transfer dönəmində ispaniyalı oyunçunu heyətinə qatmağı planlaşdırdığını vurğulayıb.

Lopesin "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub. O, 2023-cü ildən "blauqrana"nın uğurları üçün çalışır.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər