"Barselona"nın ulduzundan gözlənilməz qərar

"Barselona"nın ulduzundan gözlənilməz qərar

"Barselona"nın ispan hücumçusu Ferran Torres karyerasında yeni səhifə açmağa çox yaxındır. Ulduz futbolçu Fransa nəhəngi PSJ ilə şəxsi müqavilə şərtlərində tam razılığa gəlib.

Fanat.Az tanınmış insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Torres Paris klubu ilə 2031-ci ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə şərtlərini qəbul edib. Fransa təmsilçisinin transferi rəsmiləşdirmək üçün yaxın günlərdə "Barselona"ya rəsmi təklif göndərəcəyi gözlənilir. 

Məlumata görə, ispan vinger məhz PSJ-yə keçmək niyyətində olduğu üçün İngiltərə Premyer Liqasından gələn iki ciddi təklifi geri çevirib. İndi gözlər klubların transfer qiyməti barədə aparacağı yekun danışıqlara çevrilib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər