Bu mövsüm keçirdiyi 7 rəsmi oyunda qapısında qol görməyən "Barselona"nın seriyası qırılıb. Fanat.az xəbər verir ki, Luis Enrikenin yetirmələri Parisdə məyus olub.
Belə ki, Kataloniya klubu Çempionlar Liqasında PSJ ilə qarşılaşır. Oyunun 10-cu dəqiqəsində Fransa klubundan David Luiz "Barselona"nın qapısına yol taparaq onların 7 oyunluq seriyasını qırıb.
Qeyd edək ki, "Barselona" La Liqada keçirdiyi 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Bu oyunlarda qol buraxmayan komanda Çempionlar Liqasının ilk turunda evdə APOEL-i 1:0 hesabı ilə yenmişdi.
Fanat.az