"Barselona"nın sabiq üzvü rəsmən "Xəzər Lənkəran"da

"Barselona"nın sabiq üzvü rəsmən "Xəzər Lənkəran"da
"Xəzər Lənkəran" növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, cənub təmsilçisi Eduard Oriol ilə müqavilə bağlayıb. İspan futbolçu iki il "Xəzər Lənkəran"ın formasını geyinəcək.
Tam adı Edu Oriol Qarsia olan futbolçunun 26 yaşı var. Hücumameylli yarımmüdafəiçi karyerası ərzində İspaniya klublarında çıxış edib. 2005-2008-ci illərdə «Pobla Mafumet»də top qovan Edu 2006/07 mövsümündə «Reus»ə icarəyə verilib (25 oyun, 1 qol). 2008/2009-da «Sant Andreu»un (34 oyun, 5 qol) uğurları üçün çalışan ispan futbolçu olduqca uğurlu çıxışla yadda qalıb və "Barselona"nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə "Barselona B"də oynayan Edu bu komandanın Sequndaya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə "Barselona"nın əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan "Sequnda"da 60 çempionat oyununda 9 dəfə fərqlənib. 
Onun son iş yeri «Saraqosa» olub. Ötən mövsümün sonunda La Liqanı tərk edən klubda 2011-ci ildən çıxış edən Edu 39 oyunda 2 qol imza atıb. O, bir müddət əvvəl «Saraqosa» ilə müqaviləsini pozub və hazırda azad agentdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər