"Barselona"nın proqramı bəlli oldu

"Barselona"nın proqramı bəlli oldu

Qarşıdakı mövsüm hazırlıqlarına 16 iyulda başlayacaq olan "Barselona"nın proqramı bəlli olub.

İdman24.az xəbər verir ki, proqramın ilk günündə yeni transfer Neymarla yanaşı təcrübəli oyunçu Xavi və İniesta yer almayacaq. Klubun oyunçuları bü gün müayinədən keçəcək və sabahdan etibarən məşqlərə başlayacaqlar. Məşqlər 19 iyulda başa çatacaq. 20 iyulda klub ilk rəsmi matçına çıxacaq. Polşada "Lechia Gdansk"a qarşı oynayacaq. "Barselona" ayın 14-də isə "Bayern Münih"lə qarşılaşacaq. Daha sonra klub Asiya turuna çıxacaq. İspaniyaya qayıdarkən isə "Levante" ilə yoldaşlıq matçı keçirəcək. Sonra isə katalanlar "Atletiko Madrid"lə Super Kubok uğrunda mübarizə aparacaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər