"Barselona"nın hədəfindəki hücumçular

"Barselona"nın hədəfindəki hücumçular
"Barselona"nın baş məşqçisi Tata Martino klub rəhbərliyindən forvard transferi istəyib. Fanat.az xəbər verir ki, "Sport" qəzeti artıq Kataloniya klubunun maraq dairəsində olan hücumçuların siyahısını da hazırlayıb.
İddiaya görə, siyahıda iki forvard var. Bunlardan biri Avropanın əksər böyük klubdarının hədəfində olan Dortmund "Borussiya"sından polşalı hücumçu Robert Levandovskidi. "Barselona"nın almaq istədiyi digər ön xətt oyunçusu isə "Real"ın 60 milyon avro təklif etməyə hazırlaşdığı "Mançester Siti"nin argentinalı ulduzu Serxio Aquerodu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər