"Barselona"nın yanvarda heyətinə qatmaq istədiyi üç futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Kataloniya klubu "Arsenal", "Borussiya" (Dortmund) və "Atletiko"nun üzvlərinə elçi düşüb.
"Barsa"nın hədəfindəki bir nömrəli futbolçu Jak Uilşeredi. "Arsenal"ın formasını geyinən 21 yaşlı yarımmüdafiəçiyə Xavi, Andres İnyesta və eyni mövqedə oynayan Kesk Fabreqasın ən yaxşı alternativi olaraq görülür. Lakin Arsen Venger komandanın ən önəmli futbolçularından biri olan Uilşerenin gedişinə razı deyil.
"Barselona"nın almaq istədiyi digər futbolçu İlkay Gündoğandı. Kataloniyalılar "Borussiya"nın və Almaniya yığmasının üzvünü çoxdan almaq istəyir. Lakin türk əsilli futbolçunun bu mövsüm aldığı zədə "Barsa"nı düşündürən əsas məqamdı.
Hədəfdəki üçüncü isim isə Kokedi. "Atletiko"nun yetirməsi hazırda komandanın ən önəmli futbolçularından biridi. Onu "Barselona" isə yanaşı "Mançester Yunayted" də heyətinə qatmaq istəyir.
Fanat.az