"Barselona"nın baş məşqçisi Xerardo Martino əzəli rəqibləri “Real”ın Beylə təklif etdiyi məğləb haqqında fikirlərini bildirib. Fanat.az xəbər verir ki, argentinalı mütəxəsis uesli futbolçunun yaxşı futbolçu olduğunu, amma ona verilən pulun cəmiyyət üçün hörmətsizlik olduğunu deyib:
“Beylin dünyanın ən yaxşı futbolçularınından olduğunu heç kim inkar edə bilməz. Lakin onun transferi üçün xərclənən pul, hazırda böhran içində olan toplan üçün hörmətsizlikdi.”