"Barselona" yeni rekord qırıb. Fanat.az xəbər verir ki, Kataloniya klubunun rəsmi "Facebook" səhifəsini izləyənlərin sayı 50 milyonu keçib. Bununla da "Barsa" bu sosial şəbəkədə ən çox izlənən futbol klubu olub.
"Barselona"nın ən çox izləyicisi olan ölkə İndoneziyadı - 4.73 milyon. Cənub-Şərqi Asiya ölkəsini 3.5 milyonla Meksika izləyir. İlk üçlüyü 2.5 milyon izləyici ilə Braziliya qapayır. Türkiyədə siyahının dördüncü pilləsində qərarlaşıb - 1.75 milyon.
Misirin paaytaxtı Qahirə İspaniya xaricində "Barselona" təqibçisi ən çox olan şəhərdi - 746 min. Meksikanın paytaxtı Mexiko Siti 660 min təqibçi ilə ikinci yerdədi. İndoneziyanın paytaxtı Cakarta 623 minlə üçlüyü qapayır.
Beləliklə, "Barselona"nın rəsmi səhifəsi ən popoliar 30 "Facebook" səhifəsindən biridi. İlk üçlükdə Rihanna (82 milyon), Eminem (80 milyon) və Cerard Pikenin sevgilisi Şakira (77 milyon) yer alıb.
Futbol klubları arasında "Barselona"nı "Real" izləyir. Kataloniya klubunun əzəli rəqibinin 46.7 milyon izləyicisi var.
Futbolçular arasında isə Kriştiano Ronaldo liderdi. "Real"ın portuqaliyalı ulduzu 69 milyon təqibçi ilə Lionel Messini 17 milyon qabaqlayır. "Barsa"nın argentinalı ulduzunun 52 milyon təqibçisi var.
Fanat.az