"Barselona" klubu oyunçusu Cesc Fabreqasın Premyer Liqaya gedəcəyi xəbərlərinə münasibət bildirib.
İdman24.az xəbər verir ki, klub rəsmisi oyunçunu qətiyyən satmaq niyyətləri olmadığını qeyd edib: "Fabreqası satmırıq. Ona gələn heç bir təklifi qəbul etməyəcəyik".
Qeyd edək ki, ulduzla "Mançester Yunayted"in adı çoxdandır ki, birgə hallanırdı.
İdman24.az