"Barselona"dan 45 milyon avro

"Barselona"dan 45 milyon avro
“Bavariya”nın futbolçusu Tomas Müller karyerasını "Barselona"da davam etdirə bilər. Fanat.az xəbər verir ki, Kataloniya klubu 24 yaşlı yarımmüdafiəçini mövsümün sonunda heyətinə qatmaq istəyir.
La Liqa nəhənginin yeni prezidenti Josep Bartomeu artıq Müllerin transferi üçün qarşı tərəflə razılaşıb. Transferin dəyərinin 45 milyon avro olduğu iddia edilir.
Qeyd edək ki, futbolçu ilə "Bavariya" nın müqaviləsi 2017-ci ilə qədərdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər