"Barselona" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Kataloniya klubunun əsas qapıçısı Viktor Valdes sıradan çıxıb.
Belə ki, dünən İspaniya yığmasının heyətində CAR-a qarşı yoldaşlıq oyununda meydana çıxan qolkiper sağ dizindən zədə alıb. İspaniyanın aparıcı mətbuat orqanları onun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.
Qeyd edək ki, Valdes CAR-la oyunun ikinci yarısında İker Kasilyası əaəzləyib. Lakin o, 78-ci dəqiqədə meydanı tərka etməyə məcbur olub.
Fanat.az