"Barselona"nın prezidenti Sandro Rosellin istefa verməsi ilə bağlı məlumat vermişdik. Artıq xəbər təsdiqlənib.
Fanat.az xəbər verir ki, bu axşam mətbuat konfransı keçirən klub rəhbəri postundan istefa verdiyini açıqlayıb. Rosell bildirib ki, son dövrlər haqqında yayılan yalnış ittihamlar səbəbindən istefa verib.
Neymarın transferində hər şeyi doğru etdikləiini bildirən Rosell bunun bəzi şəxslər tərəfindən həzm edilmədiyini deyib: "Mənim dövrüm sona çatdı".
O, həmçinin 2016-cı ildə keçiriləcək seçkiyədək "Barselona"ya müavini Josep Maria Bartomeunun başçılıq edəcəyini bildirib.
Fanat.az