"Barselona"da Messi şoku: neçə həftə oynamayacaq?

"Barselona"da Messi şoku: neçə həftə oynamayacaq?
Dünyanın ən yaxşı futbolçularından bir  Lionel Messi fanatlarını şoka salıb. Fanat.az xəbər verir ki, yenicə sağalan "Barselona"nın argentinalı üzvü yenidən zədələnib.
"Betis"lə oyunda start heyətində yer alan futbolçu baldırından zədə almış və 22-ci dəqiqədə Andres İnyesta tərəfindən əvəzlənmişdi. İspaniya mətbuatı Messinin cari mövsümdə eyni yerdən dördüncü dəfə zədələndiyini yazığb. Argentinalı ilk dəfə hazırlıq mərhələsində zədələnmiş və bəzi yoldaşlıq oyunlarını buraxmışdı. İkinci zədəni İspaniya Super Kubokunda alan Messi iki rəsmi matçı kənardan izləmişdi. Sentyabrın 28-də üçüncü dəfə zədələnən futbolun superstartı 3 oyunda meydana çıxa bilməmişdi.
Həkimlər ulduz futbolçunun karyerasını təhlükədə olduğunu bildirib. Hər şey yaxşı olsa, Messi 6-8 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Bu arada İspaniya mediası "Barselona"nın baş məşqçisi Tata Martinoya məsləhət verib. Həmkarlarımız baş məşqçinin Messiyə bir müttəd istirahət verməsini istəyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər