"Barselona"da böyük itki baş verib. Fanat.az xəbər verir ki, kataloniyalıların argentinalı ulduzu Lionel Messi "Almeriya" (0:2) ilə səfər matçında zədələnib.
Matçın 29-cu dəqiqəsində Xavi ilə əvəzlənən futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Həkimlər Messinin təxminən 2 həftə futbol oynamayacağını bildirib.