"Barselona" yeni vinger transfer etdi - RƏSMİ

"Barselona" yeni vinger transfer etdi - RƏSMİ

"Barselona" heyətinə yeni cinah hücumçusu qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.

"Kopenhagen"dən transfer olunan 19 yaşlı Runi Barci müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Ötən mövsüm Danimarka Super Liqasında 5 matça çıxmağa imkan tapan Barci Danimarka Kubokunda 1 görüşdə iş başında başında olub və məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 7,5 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər