"Barselona" saxtakarlığı etiraf etdi

"Barselona" saxtakarlığı etiraf etdi
"Barselona" və İspaniyanın Maliyyə Nazirliyi arasında anlaşma əldə olunub. Fanat.az xəbər verir ki, Kataloniya klubu Neymarın transferindəki saxtakarlığa görə 9 milyon 100 min 800 avro cəza ödəməyə razılıq verib.
"La Vanguardia" qəzetinin xəbərinə görə, "Barselona" məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcək. Nazirliklə anlaşma əldə edən klub rəzbərliyi cəzanı ödəyəcək. 
"Barsa"nın apellyasiya şikayəti verməməsinin səbəbi bu məsələni böyüdərək, Neymar transferindəki saxtakarlıqla bağlı yeni faktların yayılmamasına nail olmaqdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər