"Barselona" Runini istəyir

"Barselona" Runini istəyir

Klubdan ayrılacağı gözlənilən "Mançester Yunayted"in futbolçusu Ueyn Runini daha bir klub transfer etmək istəyir.

Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, "Çelsi" və "Real"dan sonra "Barselona" da ingilis hücumçu üçün təklif göndərməyə hazırlaşır. 

Runi üçün Kataloniya klubunun 25 milyon funt-sterlinq ödəməyə hazır olduğu iddia edilir. David Vilya ilə yolları ayıracaq olan "Barselona"nın 27 yaşlı hücumçunun transferində israrlı olduğu bildirilir.

Qeyd edək ki, Runi 2004-cü ildən "Mançester Yunayted"də forma geyinir.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər