"Barselona" Lionel Messinin maaşını artırmayacaq. Fanat.az xəbər verir ki, bu barədə Kataloniya radiosuna klubun vitse-prezidenti Xavyer Faus açıqlama verib.
Klub rəsmisi bildirib ki, ötən ilin fevral ayında illik 12,5 milyon maaş qarşılığında 2018-ci ilədək müqavilə bağladıqları argentinalı ulduza əlavə pul ödənməyəcək: "Niyə yenidən müqavilə bağlamalı olduğumuzu bilmirəm. Hər 6 aydan bir müqavilə şərtlərini yaxşılaşdırmalı deyilik".
Qeyd edək ki, "Real"la müqaviləsini 2018-ci ilədək yeni müqavilə imzalayane Kriştiano Ronaldo ildə 18 milyon avro qazanacaq. İspaniya mətbuatı isə "Barselona"nın Messinin maaşını artıracağını və dünyanın ən çox qazanan futbolçusuna çevirəcəyini iddia edirdi.
Fanat.az