"Barselona" Hansi Flikdən sonrakı planını müəyyənləşdirib

"Barselona" Hansi Flikdən sonrakı planını müəyyənləşdirib

İspaniya təmsilçisi "Barselona" gələcək baş məşqçi planı ilə bağlı maraqlı qərar verib.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Hansi Flik erasından sonra komandanın sükanı arxasına Mikel Artetanı gətirəcəyinə inanır.

"Arsenal"ın hazırkı çalışdırıcısının "Barselona" akademiyasının yetirməsi olması rəhbərliyin bu seçimində əsas rol oynayır.

İspaniya nəhəngi gələcəkdə təcrübəli mütəxəssisi komandanın başına keçirmək üçün fürsətləri dəyərləndirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər