"Barselona" əzəli rəqibinin bombardirinə göz dikib

"Barselona" əzəli rəqibinin bombardirinə göz dikib

"Barselona" əzəli rəqibi "Espanyol"un hücumçusu Roberto Fernandesi heyətinə qata bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "ElNacional.cat" yayıb.

Məlumata görə, 24 yaşlı ispaniyalı forvard "blauqrana"nın transfer siyahısındadır. Fernandesin alınmasının Kataloniya komandasının alman baş məşqçisi Hans-Diter Flikin istəyi olduğu bildirilib.

Sözügedən oyunçunun "Espanyol"la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro məbləğində dəyərləndirir. Roberto cari mövsüm La Liqada 6 matça çıxaraq 6 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər