"Atletiko" və "Barselona" 1/2 finalda - VİDEO

"Atletiko" və "Barselona" 1/2 finalda - VİDEO
İspaniya "Kral Kuboku"nun növbəti oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Atletiko" "Atletik"in qonağı olub. Hesabı Bilbao təmsilçisi açsa da, madridlilər qələbə qazanıb - 2:1.
"Barselona" - "Levante" oyununda ilk qol qonaqlardan gəlib. Daha doğrusu, 9-cu dəqiqədə Sergi Roberto topu öz qapısına vuraraq "Levante"ni sevindirib. Lakin daha sonra 5 qol vuraraq qələbə qazanıb - 5:1. 
Qeyd edək ki, artıq "Real", "Atletiko" və "Barselona" "Kral Kuboku"nun 1/2 finalına vəsiqə qazanıb. Sonuncu yarımfinalçı bu gecə keçiriləcək "Rasinq" - "Real Sosyedad" matçında müəyyənləşəcək. İlk matçda "Real Sosyedad" 3:1 hesablı qələbə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər