"Araz" "Barselona"ya penalti seriyasında uduzdu

"Araz" "Barselona"ya penalti seriyasında uduzdu
Bakıda futzal üzrə UEFA Kubokunun "Dördlər finalı"na start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə yarımfinal mərhələsinin matçları keçirilib.
Əvvəlcə meydana Qazaxıstanın "Kayrat" və Rusiyanın "Dinamo" klubları çıxıb. Ruslar 2:1 hesablı qələbə qazanaraq finala çıxıblar.
Günün digər oyununda isə Azərbaycan çempionu "Araz" İspaniyanın "Barselona" klubunu sınağa çəkib. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləndiyindən status-kvo pozulmayıb - 4:4. Belədə qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 4:2 hesablı qələbə qazanaraq finala çıxıb.
Beləliklə, aprelin 26-da keçiriləcək final matçında "Barselona" və "Dinamo" qarşılaşacaq. "Araz" isə üçüncü yer uğrunda oyunda "Kayrat"ı sınağa çəkəcək.
UEFA Kuboku
Dördlər finalı
Yarımfinal
24 aprel
Kayrat (Qazaxısran) - Dinamo (Rusiya) 1:2
Qollar: Danilo Baron, 30:37 - Nando, 24:35. Fernandinyo, 38:21.  
Kayrat: Hiquyta, Joan, Fumasa, Leo, Aleksandre Moraes. Vitali Xalyavin, Dinmukhambet Süleymenov, Euler, Serik Zamankulov, Nikolay Pengrin, Rubinyo, Kafe, Kayo Junior, Danilo Baron.
Baş məşqçi: Kakau.
Dinamo: Qustavo, Romulo, Aleksandr Rəhimov, Kirilo, Fernandinyo. İvan Poddubni, Pavel Kobzar, Tatu, Nando, Pula, Paulinyo, Aleksandr Fukin, Pavel Suşilin.
Baş məşqçi: Faustino Peres.
Hakimlər: Mark Birkett (İngiltərə), Borut Siviç (Slovenyia), Eduardo Fernando Koelyo (Portuqaliya).
“Sərhədçi” Olimpiya İdman Mərkəzi.
 
Araz (Azərbaycan) - Barselona (İspaniya) 4:4 (penalti - 2:4)
Qollar: Rafael, 02:15. Fabiano, 27:02. Adriano Foqlia, 39:44. Amadeu, 48:28 - İqor, 11:20. Aykardo, 21:31; 26:41. Dyeqo, 45:51.
Araz: Aleksey Popov, Rafael, Auqusto, Adriano Foqlia, Davi. Laersio Buranello, Marko Periç, Fabiano, Felipe, Kristian Çuyeç, Amadeu, Vitali Borisov, Namiq Məmmədkərimov.
Baş məşqçi: Joze Alesio.
Barselona: Pako Sedano, Aykardo, Torras, Lin, Vilde. Kristian, Cema, Qabriel, Fernandao, Dyeqo, Serxio Lozano, İqor, Saad, Adrian Orteqo.
Baş məşqçi: Mark Karmona.
Dəqiq olan penaltilər: Amadeu, Rafael - Vilde, Lin, Saad, Torras.
Dəqiq olmayan penaltilər: Fabiano, Davi - Lozano.
Sarı vərəqələr: Davi, Auqusto, Felipe - Qabriel, İqor, Saad.
Hakimlər: Alessandro Malfer (İtaliya), Eduardo Fernando Koelyo (Portuqaliya), Borut Siviç (Slovenyia).
“Sərhədçi” Olimpiya İdman Mərkəzi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər