Premyer Liqanın rəqəmli tablosu: Gəlmələr at oynadır

Premyer Liqanın rəqəmli tablosu: Gəlmələr at oynadır

Azərbaycan Premyer Liqasında birinci dövrə bu həftəsonu başa çatacaq. Son iki mövsümün ən yaxşı göstəricisi Çempionatda geridə qalan 6 turda, başqa sözlə, 24 oyunda komandalar 57 dəfə qol sevinci yaşayıb. Bunlardan cəmi 2-si penaltidən qeydə alınıb. "Zirə"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə "Qarabağ"la (1:1) görüşdə, Ağdam təmsilçisinin oyunçusu Filip Ozobiç isə "Sumqayıt"la (2:0) oyunda standart vəziyyətdən maksimum yararlanıb.

Prinsipcə, məhsuldarlıq az deyil. Orta hesabla hər oyuna 2,4 qol düşür. Son mövsümlərlə müqayisə etsək, ötən çempionatın müvafiq bölümündə, yəni ilk 6 turda azarkeşlər 56 qola şahidlik etmişdi. Pandemiya səbəbindən yarımçıq qalan 2019/2020 mövsümünün ilk 6 turu ərzində isə komandalar daha az - 53 dəfə fərqlənə bilmişdilər.  "Neftçi" lideri üstələyir

Premyer Liqanın ən məhsuldar komandası "Neftçi"dir. "Ağ-qaralar" 6 oyunda rəqiblərini 13 dəfə məyus edə bilib. Flaqman hətta lider "Qarabağ"dan da məhsuldardır. Ən zəif göstərici isə "Sabah"a məxsusdur. Qola yadırğayan paytaxt təmsilçisi 6 turdan cəmi 2-də rəqiblərini məyus edə bilib.  Neftçi - 13 Qarabağ - 11 Qəbələ - 11 Zirə - 8 Sumqayıt - 4 Səbail - 4 Keşlə - 4 Sabah - 2 1/4-i "ağ-qara"lıdır 

57 qolda 37 futbolçunun imzası var. "Neftçi" fərqlənən oyunçuların sayına görə də öndədir. Belə ki, Samir Abasovun yetirmələrindən 9-u qol sevinci yaşayıb. Başqa sözlə, 13 qolda 9 futgbolçunun imzası var. "Qarabağ"la "Qəbələ"nin isə 6 futbolçusu fərqlənib. 

Neftçi - 9 (Tyaqo Bezerra, Ramon Maçado, Emin Mahmudov, Fəhmin Muradbəyli, Mamadu Kane, Yusif Laval, Sezar Meza Kolli, Voyislav Stankoviç, İsmayıl Zülfüqarlı) Qarabağ - 6 (Filip Ozobiç, Musa Qurbanlı, İbrahima Vadji, Abdullah Zubir, İsmayıl İbrahimli, Ramil Şeydayev) Qəbələ - 6 (Ülvi İsgəndərov, Yaovi Akakpo, İsnik Alimi, Rafael Utziq, Rövlan Muradov, Ehtiram Şahverdiyev) Zirə - 4 (David Volkov, Mohamed Hamdaui, Loris Broqno, Təmkin Xəlilzadə) Keşlə - 4 (Anatole Abanq, Aldair Neto, Merab Qiqauri, Felipe Silva) Sumqayıt - 3 (Rəhim Sadıxov, Tellur Mütəllimov, Əli Qurbani) Səbail - 3 (Yurgen Qoxa, Nikolas Raysel, Cabir Əmirli) Sabah - 2 (Şpiro Periçiç, Aleksey İsayev) Məhsuldar legionerlər

Məhsuldarlıq göstəricisinə görə legionerlərin yerli futbolçuları üstələdiyini qeyd edək. Belə ki, 57 qoldan 24-ü özümüzünkülərin, 33-ü isə gəlmə oyunçuların payına düşür. Altı turda azı 2 qol vuran oyunçuların sayı 15-ə çatır ki, onların 10-u legionerdir. Bombardir yarışına isə 5 qolla "Zirə"nin gürcü legioneri David Volkov başçılıq edir.

David Volkov (Zirə) - 5 Ülvi İsgəndərov (Qəbələ) - 3 Filip Ozobiç (Qarabağ) - 3 Yaovi Akakpo (Qəbələ) - 2 İsnik Alimi (Qəbələ) - 2 Tyaqo Bezerra (Neftçi) - 2 Yurgen Qoxa (Səbail) - 2 Ramon Maçado (Neftçi) - 2 Emin Mahmudov (Neftçi) - 2 Fəhmin Muradbəyli (Neftçi) - 2 Musa Qurbanlı (Qarabağ) - 2 Rəhim Sadıxov (Sumqayıt) - 2 Rafael Utziq (Qəbələ) - 2 İbrahima Vadji (Qarabağ) - 2 Abdullah Zubir (Qarabağ) - 2 Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər