Premyer Liqanı tərk edəcək sonuncu klub bəlli oldu

Premyer Liqanı tərk edəcək sonuncu klub bəlli oldu
İngiltərə Premyer Liqasını tərk edəcək sonuncu klub da bəlli olub.
Fanat.Az xəbər verir ki, "Fulhem” komandası növbəti mövsümdən yüksək liqada mübarizə aparmayacaq. London təmsilçisi İngiltərə futbolunun elitasına qayıtdıqdan sonra ilk mövsümündəcə Premyer Liqanı tərk edib. 
Sözügedən komanda 35-ci turda doğma meydanda "Bernli”yə 0:2 hesabıyla uduzmaqla elitada qalmaq şansını itirib.
Hazırda 27 xalı olan "Fulhem” son üç turda qalib gəlsə belə, Premyer Liqada qalmağa imkan verən 17-ci pillədəki "Sauthempton”dan 10 xal geri qalır.
Qeyd edək ki, "Fulhem”dən öncə sonuncu yeri tutan "Şeffild Yunayted” və 19-cu sırada qərarlaşmış "Vest Bromviç” də elita ilə vidalaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər