Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı

Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı
Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən komanda müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ilk pillədə "Qəbələ" yer alıb. Yaş ortalaması 26,5 olan "qırmızı-qaralar" 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib.
"Qarabağ" (26,6 yaş; 9,5 faiz) bu göstəriciyə görə ikinci, "Sabah" isə (26,7 yaş; 7,6 faiz) üçüncü pillədədir.
Sonrakı sıralarda "Sumqayıt" (25,7 yaş; 5,4), "Keşlə" (27,7 yaş; 4,1 faiz), "Neftçi" (26,4 yaş; 4 faiz), "Zirə" (25,7 yaş; 3,7 faiz) və "Səbail" (26,7 yaş, 1,5 faiz) yer alıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər