Premyer Liqada XVI turun təyinatları açıqlandı

Premyer Liqada XVI turun təyinatları açıqlandı
Azərbaycan Premyer Liqasında XVI turun oyunları üçün hakim təyinatları müəyyənləşib. 
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun açılış matçı hesab olunan "Sabah" - "Qəbələ" oyununu Səbuhi Bayramov idarə edəcək. "Neftçi" - "Keşlə" görüşü isə İnqilab Məmmədova tapşırılıb. 
9 fevral
16:00 "Sabah” – "Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Əlincə Arena”
18:30. "Sumqayıt” – "Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabbarov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena”
10 fevral
14:00. "Neftçi” – "Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena”
16:30. "Səbail” – "Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bayıl Arena”
Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər