Premyer Liqada XVI turun oyun proqramı

Premyer Liqada XVI turun oyun proqramı
Topaz Premyer Liqada XVI turun oyunlarının başlama saatı açıqlanıb.
Fanat.Az "CBC Sport” telekanalının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, tura fevralın 9-da keçiriləcək "Sabah” – "Qəbələ” matçı ilə start veriləcək. Görüş saat 16:00-da start götürəcək. Günün ikinci qarşılaşması isə "Sumqayıt”la "Qarabağ” arasında olacaq. Həmin matçın başlama saatı isə 18:30-dur.
Turun digər iki görüşü isə fevralın 10-da olacaq. Saat 16:00-da "Bayıl Arena”da "Səbail” və "Zirə” komandaları qarşılaşacaqlar. Tura "Neftçi” – "Keşlə” matçı ilə yekun vurulacaq. Paytaxt derbisi 18:30-da start götürəcək.
9 fevral
16:00. "Sabah” – "Qəbələ”
"Əlincə arena”
18:30. "Sumqayıt” – "Qarabağ”
"Kapital Bank arena”
10 fevral
16:00. "Səbail" - "Zirə”
"Bayıl Arena”
18:30. "Neftçi" – "Keşlə”
"Bakcell Arena”
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər