İngiltərə Premyer Liqasının 17-ci turunda bu gün keçirilməli olan "Lester Siti" - "Tottenhem" matçı hər iki komandada koronavirusa yoluxma aşkarlandığı üçün təxirə salınıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verirki, görüşün yeni tarixi və başlama saatı hələ müəyyənləşməyib.
Bu, “Tottenhem”in ardıcıl üçüncü ləğv edilmiş oyunudur. Bundan əvvəl yoluxma faktı səbəbilə UEFA Konfrans Liqasında “Renn” və Premyer Liqanın 16-cı turunda “Brayton”la oyunlar təxirə salınıb.
“Lester” Avropa Liqasında və Premyer Liqanın 16-cı turunda oyunlarını keçirsə də, koronavirusa yoluxmuş bir neçə futbolçu komandanın protokolunda qeyd olmayıb. Ancaq hazırda vəziyyət pisləşdiyi üçün “tülkülər” “Tottenhem”lə matçın ləğvini dəstəkləyib.
Emin