İngiltərə Premyer Liqasında rekord sayda koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı liqanın rəsmi saytı yayıb.
Dekabrın 13-dən 19-dək oyunçulardan, texniki heyətdən və digər şəxslərdən 12 345 test götürülüb. Onlardan 90-ı müsbət çıxıb. Bu, pandemiyanın başlanğıcından mütləq rekorddur.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının bir neçə oyunu koronavirusa görə təxirə salınıb.