Premyer Liqada Moyes effekti

Premyer Liqada Moyes effekti

"Vest Hem"in baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının gündəminə çevrilib. 

Fanat.Az xəbər verir ki, ötən gün Avropa nəhəngi "Liverpul"la qarşılaşan komanda 3:2 hesabı ilə qələbə qazanaraq xal sayını 23-ə çatdırıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Şotland mütəxəssisin rəhbərliyi altında komanda Premyer Liqaya uğurlu start verib, İngiltərə Liqa Kubokunda Mançesterin hər iki komandası üzərində qələbə qazanıb və Avropa Liqasında hələ də məğlubiyyətsiz irəliləyir. Bu göstəricilərə görə Moyes hazırda İngiltərə futbolunda adından bəhs etdirir. 

Qeyd edək ki, Devid Moyes 2019-cu ildən "Vest Hem" klubunu çalışdırır.

Xatərladaq ki, İPL-in turnir cədvəlində 26 xalla "Çelsi" birinci, 23 xalla "Mançester Siti" ikinci, eyni xala sahib "Veste Hem" isə üçüncü pillədə qərarlaşıb. 

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər