İngiltərə Premyer Liqasında XIX turun daha bir oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə İPL-in rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, “Bernli” – “Everton” matçı qonaqların heyətində koronavirusa yoluxma hallarının artması səbəbilə təxirə salınıb. Dekabrın 26-da baş tutması nəzərdə tutulan görüşün nə vaxt keçiriləcəyi məlum deyil.
Qeyd edək ki, XIX turun “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” görüşləri də eyni səbəblə təxirə salınıb.