Premyer Liqada 5-ci avtoqol

Premyer Liqada 5-ci avtoqol
Topaz Premyer Liqasının cari mövsümündə 5-ci avtoqol qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu dəfə "Zirə”nin futbolçusu İlkin Qırtımov topu öz qapısından keçirib. O, XIV turun "Qarabağ”la ev oyununda (0:6) uğursuzluq yaşayıb. Avtoqollardan ikisi İlkinin komanda yoldaşı Adil Nağıyevin passivindədir. O, "Keşlə” və "Sumqayıt”la goruşlərdə "fərqlənib”. "Zirə”nin üzvlərinin üç avtoqolundan başqa "Qarabağ” və "Sumqayıt”ın oyunçuları da öz qapısına qol vurub. 
Sonuncuların qapıçısı Mehdi Cənnətov "Keşlə”, "Qarabağ”lı Abbas Hüseynov "Neftçi” ilə görüşdə rəqibini sevindirən qolu vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər