İngiltərə Premyer Liqası ilə ABŞ-ın "NBC" telekanalı arasında yeni sözləşmə imzalanıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, tərəflər 6 illik müqaviləyə imza atıblar. Məlumatda qeyd olunur ki, İPL bu sözləşmədən 2 milyard ABŞ dollarından çox vəsait əldə edəcək.
Premyer Liqa rəhbəri Riçard Masters əməkdaşlığın genişləndirilməsindən və birləşmiş ştatlarda İngiltərə futboluna marağın hər il daha da artmasından məmnun olduğunu bildirib.
Xatırladaq ki, bu müqaviləyə əsasən yayım hüququna görə İPL-də çıxış edən hər bir komanda əlavə olaraq illik 9 milyon funt sterlinq qazanacaq.
Emin