İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün başlayacağı tarix müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 2021-ci ilin avqust ayının 14-də start veriləcək mövsüm 2022-ci ilin 22 mayında yekunlaşacaq.
Qeyd edək ki, Premyer Liqada 2020/21 mövsümünün geridə qalan 29 turunda 71 xal toplamış "Mançester Siti” hazırda zirvədə qərarlaşıb. Bu komandanı 57 və 56 xala malik "Mançester Yunayted”lə "Lester Siti” izləyir. Ötən mövsümün qalibi olan "Liverpul” isə 46 xalla 7-ci pillədə qərarlaşıb.
Fanat.Az