İngiltərə Premyer Liqa komandalarından olan "Brayton" evsizlər üçün aksiyaya qoşulub.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Qrem Potter və köməkçiləri evsizlərə dəstək olmaq üçün bir gecə küçədə qalıb.
Potter yardım pulu toplamaq məqsədi daşıyan "The Big Sleep Out" kampaniyası barədə fikirlərini bildirib: “Onların bizim dəstəyimizə ehtiyacı var. Çöldə yatmağın nisbətən yüngül variantını yaşadıq. Mən belə ağrı ilə yaşamağın nə olduğunu təsəvvür belə edə bilmirəm. Evsizlər üçün mənasız bir damğalanma var. Bunlar bizim ən həssas, köməyə ehtiyacı olan insanlarımızdır". Mirağa