Premyer Liqa klubundan unikal addım

Premyer Liqa klubundan unikal addım
"Tottenhem" klubu ötən gecə bağlanan qış transfer pəncərəsi dönəmində unikal nailiyyətin müəllifi olub. 
Fanat.Az xəbər verir ki, komanda bir neçə futbolçu ilə danışıqlar aparsa da, yanvar ayında heyətinə heç birini cəlb edə bilməyib. 
Maraqlı budur ki, klub yay transfer dönəmində də futbolçu almayıb. 
Beləliklə, "Tottenhem" iki transfer pəncərəsi dönəmində heyətinə yeni oyunçu cəlb etməyib. 
Qeyd edək ki, bu qış Hotspur təmsilçisi Mussa Dembele ilə Jorj-Kevin N`Kudu ilə vidalaşıb. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər