Premyer Liqa klubunda kütləvi yoluxma

Premyer Liqa klubunda kütləvi yoluxma

"Tottenhem"də koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Fanat.Az xəbər verir ki, məlumatı “Mirror” nəşri yayıb.

Xəbərə görə, London təmsilçisində 6 nəfərin testi müsbət çıxıb.

Virusa yoluxanların adları açıqlanmasa da, onlardan ikisinin futbolçu olduğu bildirilir.

Qeyd edək ki, Antonio Kontenin baş məşqçi olduğu komanda dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda Fransa "Renn"ini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər