İngiltərə Premyer Liqası klubları "Nyukasl"ın Səudiyyə Ərəbistanının investisiya fonduna satılmasına etiraz ediblər.
Fanat.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, 19 komanda İngiltərə Futbol Assosiasiyasının rəhbərliyinə şikayət edərək gələn həftə təcili yığıncaq tələbi irəli sürüblər.
Komanda rəhbərlərinin narazılığına səbəb alqı-satqının detallarının müəyyən olunmamasıdır.
Xatırladaq ki, "Nyukasl" klubunun Səudiyyə Ərəbistanının Dövlət investisiya fondu tərəfindən 350 milyon avroya satın alınıdığı iddia olunur.
Emin Şəmsiyev